Mədət Quliyev “İDEX-2023” Beynəlxalq Müdafiə Sərgi və Konfransı çərçivəsində bir sıra görüşlər keçirib
20-24 fevral tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində təşkil olunan “İDEX-2023” Beynəlxalq Müdafiə Sərgi və Konfransının ikinci günündə Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Mədət Quliyevin İsrail Dövlətinin “Aeronautics” şirkətinin rəhbəri Moshe Elazar ilə görüşü baş tutub.
Görüş çərçivəsində “Aeronautics” şirkəti ilə Müdafiə Sənayesi Nazirliyi arasında Pilotsuz Uçuş Aparatlarının (PUA) birgə istehsalı sahəsində əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.
Nazir Mədət Quliyev daha sonra Mərakeş Krallığının müdafiə naziri Abdeltif Loudyi ilə görüşüb. Görüşdə hər iki ölkə arasında hərbi-texniki sahədə əlaqələrin cari vəziyyəti və gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.
“İDEX-2023” Beynəlxalq Müdafiə Sərgi və Konfransı öz işini fevralın 24-dək davam etdirəcək.
Paylaşmaq üçün linki kopyala:
Yazını paylaşBaxış sayı:
Oxşar yazılar
07.11.2025, 17:31
MAKA-da Zəfər Günü qeyd olunub
07.11.2025, 17:00
Azərbaycan və Slovakiya arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq əlaqələri müzakirə edilib
27.09.2025, 12:07
Müdafiə Sənayesi Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
26.09.2025, 12:02
MSN-in rəhbərliyi AzTU-nun tələbələri ilə görüşüb
24.09.2025, 11:57
Hidayət Əzimovun rəhbərlik etdiyi nümayəndə heyəti “Partner 2025” sərgisində iştirak edir
23.09.2025, 11:45
“Azərbaycan silahının gücü” mövzusunda tədbir keçirilib
19.09.2025, 14:58
"Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş konfrans keçirilib
19.09.2025, 11:41
“Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş konfrans keçirilib
12.09.2025, 12:00
“KIA Corporation” şirkəti ilə tərəfdaşlığa dair müzakirələr aparılıb
11.09.2025, 10:15
Müdafiə Sənayesi Nazirliyi ilə Çinin “ALIT” şirkəti arasında əməkdaşlıq imkanları müzakirə edilib