Mədət Quliyev “IDEAS 2022” Beynəlxalq Müdafiə Sərgisində iştirak edir
Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Mədət Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Pakistan İslam Respublikasının Kəraçi şəhərində keçirilən “IDEAS 2022” 11-ci Beynəlxalq Müdafiə Sərgisində iştirak edir.
Noyabrın 15-dən 18-dək davam edəcək mötəbər tədbirə dünyanın 57-dən çox ölkəsindən 300-dən çox nümayəndə heyəti qatılıb.
“IDEAS 2022” Beynəlxalq Müdafiə Sərgisinin açılış mərasimində iştirak edən M.Quliyev stendləri ziyarət edib, o cümlədən qardaş Türkiyə Respublikasının Müdafiə Sənayesi Komitəsinin stendi ilə tanış olub, nümayəndə heyəti ilə görüş keçirib.
Görüşdə mövcud əməkdaşlığın inkişaf perspektivləri və digər məsələlər barəsində fikir mübadiləsi aparılıb.
Daha sonra M.Quliyev Pakistan İslam Respublikasının Müdafiə İstehsalı üzrə federal naziri Məhəmməd İsrar Tarin ilə görüşüb.
Qarşılıqlı anlaşma şəraitində keçən görüş zamanı hər iki nazir Azərbaycan - Pakistan Hökumətlərarası Birgə Komissiyasının həmsədrləri olaraq maraq doğuran məsələlər haqda danışıb, hərbi-texniki əməkdaşlığın perspektivlərini müzakirə ediblər.
Qeyd edək ki, sərgi çərçivəsində müdafiə sənayesi naziri Mədət Quliyevin Pakistanın dövlət və hökumət nümayəndələri, sərgidə iştirak edən bir sıra ölkələrin nümayəndə heyətlərinin rəhbərləri və aparıcı şirkətlərin təmsilçiləri ilə görüşləri də nəzərdə tutulub.
Paylaşmaq üçün linki kopyala:
Yazını paylaşBaxış sayı:
Oxşar yazılar
07.11.2025, 17:31
MAKA-da Zəfər Günü qeyd olunub
07.11.2025, 17:00
Azərbaycan və Slovakiya arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq əlaqələri müzakirə edilib
27.09.2025, 12:07
Müdafiə Sənayesi Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
26.09.2025, 12:02
MSN-in rəhbərliyi AzTU-nun tələbələri ilə görüşüb
24.09.2025, 11:57
Hidayət Əzimovun rəhbərlik etdiyi nümayəndə heyəti “Partner 2025” sərgisində iştirak edir
23.09.2025, 11:45
“Azərbaycan silahının gücü” mövzusunda tədbir keçirilib
19.09.2025, 14:58
"Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş konfrans keçirilib
19.09.2025, 11:41
“Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş konfrans keçirilib
12.09.2025, 12:00
“KIA Corporation” şirkəti ilə tərəfdaşlığa dair müzakirələr aparılıb
11.09.2025, 10:15
Müdafiə Sənayesi Nazirliyi ilə Çinin “ALIT” şirkəti arasında əməkdaşlıq imkanları müzakirə edilib