Mədət Quliyev “Barzan Holdings” şirkətinin prezidenti ilə görüşüb
Martın 21-23-də Qətər Dövlətinin Doha şəhərində 7-ci “DİMDEX-2022” Beynəlxalq Dəniz Müdafiə Sərgi və Konfransında iştirak etmək üçün işgüzar səfərdə olan Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Mədət Quliyevin “Barzan Holdings” şirkətinin prezidenti Nasser Hassan Al Naimi ilə görüşü baş tutub.
Görüş zamanı Müdafiə Sənayesi Nazirliyinin tabeli müəssisələri ilə "Barzan Holdings" şirkətinin müəssisələri arasında müdafiə təyinatlı məhsulların birgə istehsalı sahəsində əməkdaşlıq imkanları müzakirə edilib.
Qeyd edək ki, 2008-ci ildən etibarən təşkil edilən, Yaxın Şərq və Şimali Afrika regionunda ən nüfuzlu dəniz müdafiə sərgisi olan DİMDEX sərgisində ABŞ, Böyük Britaniya, Fransa, İtaliya, Türkiyə, Cənubi Koreya və s. ölkələrin aparıcı şirkətləri dəniz müdafiəsində yeni texnologiyaları, hərbi gəmiqayırma avadanlıqları, dəniz müdafiəsi sisteminin köməkçi və dəstək texnologiyalarını nümayiş etdirirlər.
“DİMDEX-2022” Beynəlxalq Dəniz Müdafiə Sərgi və Konfransı öz işini martın 23-dək davam etdirəcək.
Paylaşmaq üçün linki kopyala:
Yazını paylaşBaxış sayı:
Oxşar yazılar
07.11.2025, 17:31
MAKA-da Zəfər Günü qeyd olunub
07.11.2025, 17:00
Azərbaycan və Slovakiya arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq əlaqələri müzakirə edilib
27.09.2025, 12:07
Müdafiə Sənayesi Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
26.09.2025, 12:02
MSN-in rəhbərliyi AzTU-nun tələbələri ilə görüşüb
24.09.2025, 11:57
Hidayət Əzimovun rəhbərlik etdiyi nümayəndə heyəti “Partner 2025” sərgisində iştirak edir
23.09.2025, 11:45
“Azərbaycan silahının gücü” mövzusunda tədbir keçirilib
19.09.2025, 14:58
"Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş konfrans keçirilib
19.09.2025, 11:41
“Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş konfrans keçirilib
12.09.2025, 12:00
“KIA Corporation” şirkəti ilə tərəfdaşlığa dair müzakirələr aparılıb
11.09.2025, 10:15
Müdafiə Sənayesi Nazirliyi ilə Çinin “ALIT” şirkəti arasında əməkdaşlıq imkanları müzakirə edilib