“IDEF 2025” sərgisində müdafiə sənayesi sahəsində əməkdaşlıq perspektivləri müzakirə edilib
Türkiyə Respublikasının İstanbul şəhərində keçirilən “IDEF 2025” Beynəlxalq Müdafiə Sənayesi Sərgisi çərçivəsində iyulun 22-də Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Vüqar Mustafayev Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Gülər ilə görüşüb.
Görüşdə qardaş ölkə tərəfindən “IDEF 2025” sərgisinin yüksək səviyyədə təşkil olunduğu, belə tədbirlərin dünyada müdafiə sənayesi sahəsində baş verən yeniliklərdən xəbərdar olmaq üçün unikal imkanlar yaratdığı qeyd edilib.
Eyni zamanda, ölkələrimiz arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın son illərdə strateji səviyyəyə yüksəldiyi vurğulanaraq, mövcud əlaqələr və ikitərəfli münasibətlərin inkişaf perspektivləri müzakirə edilib.
Nazir V.Mustafayev, həmçinin Qazaxıstan Respublikasının sənaye və tikinti naziri Ersayın Nağaspayev və Vyetnam Sosialist Respublikasının müdafiə nazirinin müavini Hoang Xuan Çien ilə görüşüb.
Görüşlər zamanı müdafiə sənayesi sahəsində əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyəti vurğulanıb və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında danışıqlar aparılıb.
Nazir V.Mustafayev sərgi çərçivəsində “Aselsan” şirkətinin baş direktoru Ahmet Akyola “Aselsan Baku” şirkətinin Azərbyacanda fəaliyyətə başlaması üçün xüsusi lisenziyanı təqdim edib.
Qeyd edək ki, “IDEF 2025” sərgisi iyulun 27-də başa çatacaq.
Paylaşmaq üçün linki kopyala:
Yazını paylaşBaxış sayı:
Oxşar yazılar
07.11.2025, 17:31
MAKA-da Zəfər Günü qeyd olunub
07.11.2025, 17:00
Azərbaycan və Slovakiya arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq əlaqələri müzakirə edilib
27.09.2025, 12:07
Müdafiə Sənayesi Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
26.09.2025, 12:02
MSN-in rəhbərliyi AzTU-nun tələbələri ilə görüşüb
24.09.2025, 11:57
Hidayət Əzimovun rəhbərlik etdiyi nümayəndə heyəti “Partner 2025” sərgisində iştirak edir
23.09.2025, 11:45
“Azərbaycan silahının gücü” mövzusunda tədbir keçirilib
19.09.2025, 14:58
"Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş konfrans keçirilib
19.09.2025, 11:41
“Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş konfrans keçirilib
12.09.2025, 12:00
“KIA Corporation” şirkəti ilə tərəfdaşlığa dair müzakirələr aparılıb
11.09.2025, 10:15
Müdafiə Sənayesi Nazirliyi ilə Çinin “ALIT” şirkəti arasında əməkdaşlıq imkanları müzakirə edilib