Hidayət Əzimov Braziliyada keçirilən “LAAD 2025” sərgisində bir sıra görüşlər keçirib
Braziliya Federativ Respublikasının Rio-de-Janeyro şəhərində keçirilən “LAAD 2025” Müdafiə və Təhlükəsizlik Sərgisi davam edir.
Tədbirdə iştirak edən Azərbaycan Respublikası müdafiə sənayesi nazirinin müavini Hidayət Əzimov aprelin 2-də Braziliya Federativ Respublikasının müdafiə naziri Jose Mucio Monteiro Filho ilə görüşüb.
Görüşdə “LAAD 2025” sərgisində yüksək səviyyəli işgüzar mühitin formalaşdığı, bu beynəlxalq tədbirin müdafiə sənayesi sahəsində yeniliklərlə tanış olmaq üçün mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb. Ölkələrimiz arasında müdafiə sənayesində birgə əməkdaşlıq imkanları, həmçinin hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edilib, tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Sonda H.Əzimov Brazilyanın müdafiə naziri Jose Mucio Monteiro Filhonu 2026-ci ildə Bakıda keçiriləcək "ADEX" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinə dəvət edib.
Daha sonra nazir müavini Türkiyə Respublikasının “Aselsan” və “Sarsılmaz” şirkətlərinin rəhbər şəxsləri ilə görüşüb.
Görüşlərdə iki ölkə arasında hərbi-texniki sahədə uğurlu əməkdaşlıq münasibətlərinin olduğu, bu əlaqələrin yüksələn xətlə davam etdiyi vurğulanıb.
Qeyd edək ki, “LAAD 2025” sərgisi aprelin 4-nə qədər davam edəcək.
Paylaşmaq üçün linki kopyala:
Yazını paylaşBaxış sayı:
Oxşar yazılar
07.11.2025, 17:31
MAKA-da Zəfər Günü qeyd olunub
07.11.2025, 17:00
Azərbaycan və Slovakiya arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq əlaqələri müzakirə edilib
27.09.2025, 12:07
Müdafiə Sənayesi Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
26.09.2025, 12:02
MSN-in rəhbərliyi AzTU-nun tələbələri ilə görüşüb
24.09.2025, 11:57
Hidayət Əzimovun rəhbərlik etdiyi nümayəndə heyəti “Partner 2025” sərgisində iştirak edir
23.09.2025, 11:45
“Azərbaycan silahının gücü” mövzusunda tədbir keçirilib
19.09.2025, 14:58
"Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş konfrans keçirilib
19.09.2025, 11:41
“Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş konfrans keçirilib
12.09.2025, 12:00
“KIA Corporation” şirkəti ilə tərəfdaşlığa dair müzakirələr aparılıb
11.09.2025, 10:15
Müdafiə Sənayesi Nazirliyi ilə Çinin “ALIT” şirkəti arasında əməkdaşlıq imkanları müzakirə edilib