“Heydər Əliyev və Azərbaycanın müdafiə sənayesi” mövzusunda konfrans keçirilib
Güclü kadr potensialı yaratmaq Ulu Öndərin strateji hədəflərindən idi.
AzTU-da Müdafiə Sənayesi Nazirliyi və Azərbaycan Texniki Universitetinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycanın müdafiə sənayesi” mövzusunda konfrans keçirilib.
Tədbirdə Müdafiə Sənayesi Nazirliyinin (MSN) və AzTU-nun rəhbər işçiləri, professor-müəllim heyəti və tələbələr iştirak edib.
Əvvəlcə Azərbaycanın müdafiə sənayesinin təşəkkülü və inkişaf mərhələlərindən bəhs edən “Atəşdən yoğrulanlar” sənədli filmi nümayiş olunub.
AzTU-nun tədris işləri üzrə prorektoru Nurəli Yusifbəyli çıxış edərək konfransın əhəmiyyətindən danışıb. Bildirib ki, Ulu Öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə elmin, təhsilin inkişafına xüsusi diqqət və qayğı göstərib. Respublikada güclü kadr potensialı yaratmaq Ulu Öndərin strateji hədəflərindən idi. Ölkəyə rəhbərliyinin ilk illərində gəncləri keçmiş sovetlər ittifaqının aparıcı ali məktəblərinə təhsil almaq üçün göndərməsi Ümummilli Liderin ali təhsil sahəsindəki məqsədyönlü və uğurlu siyasətinin bariz nümunəsi idi.
MSN-in şöbə müdiri, əməkdar mühəndis Məmmədsaleh Əliyev dünya şöhrətli siyasi xadim Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın müdafiə sənayesinin yaradılmasındakı misilsiz xidmətləri barədə ətraflı məlumat verib, müasir dövrdə dahi rəhbərin siyasi xəttinin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu sahənin inkişafına göstərdiyi diqqət və qayğını, son illərdə əldə olunan nailiyyətləri xüsusi qeyd edib. MSN-də bu spesifik istehsal səhəsində ixtisaslı və peşəkar kadrların hazırlığı məsələsinin prioritet vəzifə kimi qarşıya qoyulduğunu diqqətə çatdırıb.
Daha sonra çıxış edən AzTU-nun Xüsusi texnika və texnologiya fakültəsinin dekanı Elçin Rzayev, kafedra müdirləri Ələkbər Hüseynov, Rasim Bəşirov, magistr tələbə Amin Mamedov Ulu Öndər Heydər Əliyevin ölkədə müdafiə sənayesinin qurulmasında gördüyü işlərdən danışıblar. Qeyd olunub ki, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın müdafiə sənayesi sürətlə inkişaf edir, Azərbaycan silahının şöhrəti artıq dünyada geniş yayılmaqdadır.
Bildirilib ki, hazırda AzTU və MSN müdafiə sənayesi sahəsi üzrə yüksək ixtisaslı kadrların hazırlanması istiqamətində sıx əməkdaşlıq edir.
Paylaşmaq üçün linki kopyala:
Yazını paylaşBaxış sayı:
Oxşar yazılar
07.11.2025, 17:31
MAKA-da Zəfər Günü qeyd olunub
07.11.2025, 17:00
Azərbaycan və Slovakiya arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq əlaqələri müzakirə edilib
27.09.2025, 12:07
Müdafiə Sənayesi Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
26.09.2025, 12:02
MSN-in rəhbərliyi AzTU-nun tələbələri ilə görüşüb
24.09.2025, 11:57
Hidayət Əzimovun rəhbərlik etdiyi nümayəndə heyəti “Partner 2025” sərgisində iştirak edir
23.09.2025, 11:45
“Azərbaycan silahının gücü” mövzusunda tədbir keçirilib
19.09.2025, 14:58
"Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş konfrans keçirilib
19.09.2025, 11:41
“Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş konfrans keçirilib
12.09.2025, 12:00
“KIA Corporation” şirkəti ilə tərəfdaşlığa dair müzakirələr aparılıb
11.09.2025, 10:15
Müdafiə Sənayesi Nazirliyi ilə Çinin “ALIT” şirkəti arasında əməkdaşlıq imkanları müzakirə edilib