Bosniya və Herseqovina ilə müdafiə sənayesi sahəsində əməkdaşlıq müzakirə edilib
Martın 18-də Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Vüqar Mustafayev ölkəmizdə rəsmi səfərdə olan Bosniya və Herseqovinanın Nazirlər Şurası sədrinin müavini və müdafiə naziri Zukan Helezin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Qonaqları səmimi salamlayan nazir V.Mustafayev onlara Azərbaycanın müdafiə sənayesinin inkişafı haqqında geniş məlumat verib. Nazir ölkəmizdə istehsal olunan hərbi məhsullar haqqında danışıb, çağdaş dövrün tələblərinə uyğun istehsal müəsissələrinin uğurla fəaliyyət göstərdiyini vurğulayıb. O, Azərbaycanın müdafiə sənayesinin beynəlxalq səviyyədə böyük uğurlara imza atdığını diqqətə çatdırıb.
Z.Helez öz növbəsində Azərbaycanda səfərdə olmaqdan məmnunluğunu ifadə edib, burada qonaqpərvərliklə qarşılandıqlarını bildirib.
O, ölkələrimiz arasında hərbi-texniki sahədə əlaqələrin genişləndirilməsinin önəmli olduğunu vurğulayıb, Azərbaycanın müdafiə sənayesi qurumları ilə qarşılıqlı əməkdaşlığın vacibliyini qeyd edib.
Görüşdə iki ölkə arasında müdafiə sənayesi sahəsində gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib, digər maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Paylaşmaq üçün linki kopyala:
Yazını paylaşBaxış sayı:
Oxşar yazılar
07.11.2025, 17:31
MAKA-da Zəfər Günü qeyd olunub
07.11.2025, 17:00
Azərbaycan və Slovakiya arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq əlaqələri müzakirə edilib
27.09.2025, 12:07
Müdafiə Sənayesi Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
26.09.2025, 12:02
MSN-in rəhbərliyi AzTU-nun tələbələri ilə görüşüb
24.09.2025, 11:57
Hidayət Əzimovun rəhbərlik etdiyi nümayəndə heyəti “Partner 2025” sərgisində iştirak edir
23.09.2025, 11:45
“Azərbaycan silahının gücü” mövzusunda tədbir keçirilib
19.09.2025, 14:58
"Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş konfrans keçirilib
19.09.2025, 11:41
“Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş konfrans keçirilib
12.09.2025, 12:00
“KIA Corporation” şirkəti ilə tərəfdaşlığa dair müzakirələr aparılıb
11.09.2025, 10:15
Müdafiə Sənayesi Nazirliyi ilə Çinin “ALIT” şirkəti arasında əməkdaşlıq imkanları müzakirə edilib