Birləşmiş Ərəb Əmirliklərində rəsmi səfərdə olan müdafiə sənayesi naziri Mədət Quliyev “Dubai EXPO-2020” sərgisini ziyarət edib
“Dubai Airshow 2021” 17-ci aviasiya sərgisində iştirak etmək üçün Birləşmiş Ərəb Əmirliklərində rəsmi səfərdə olan Azərbaycan Respublikasının müdafiə sənayesi naziri cənab Mədət Quliyev rəhbərlik etdiyi nümayəndə heyəti ilə birlikdə “Dubai EXPO-2020” beynəlxalq sərgisini də ziyarət edib.
2021-ci ilin 1 oktyabr tarixində start götürən və 2022-ci ilin 31 mart tarixinədək davam edəcək “Dubai EXPO-2020” ümumdünya sərgisində Azərbaycan milli pavilyonu “Gələcəyin toxumları” mövzusu ilə təmsil olunur.
Heydər Əliyev Mərkəzinin təşkil etdiyi Azərbaycan milli pavilyonunda ziyarətçilərə Azərbaycanın mədəni irsi, tarixi barədə ətraflı məlumat verilir. Eyni zamanda, əzəli Azərbaycan torpağı olan Qarabağın tarixi, mədəniyyəti və qədim Şuşa şəhəri haqqında məlumatlar ziyarətçilərə çatdırılır.
Azərbaycanın milli pavilyonunu ziyarət edən nazir Mədət Quliyev daha sonra qardaş Türkiyənin və digər dövlətlərin pavilyonları ilə də tanış olub.
Paylaşmaq üçün linki kopyala:
Yazını paylaşBaxış sayı:
Oxşar yazılar
07.11.2025, 17:31
MAKA-da Zəfər Günü qeyd olunub
07.11.2025, 17:00
Azərbaycan və Slovakiya arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq əlaqələri müzakirə edilib
27.09.2025, 12:07
Müdafiə Sənayesi Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
26.09.2025, 12:02
MSN-in rəhbərliyi AzTU-nun tələbələri ilə görüşüb
24.09.2025, 11:57
Hidayət Əzimovun rəhbərlik etdiyi nümayəndə heyəti “Partner 2025” sərgisində iştirak edir
23.09.2025, 11:45
“Azərbaycan silahının gücü” mövzusunda tədbir keçirilib
19.09.2025, 14:58
"Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş konfrans keçirilib
19.09.2025, 11:41
“Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş konfrans keçirilib
12.09.2025, 12:00
“KIA Corporation” şirkəti ilə tərəfdaşlığa dair müzakirələr aparılıb
11.09.2025, 10:15
Müdafiə Sənayesi Nazirliyi ilə Çinin “ALIT” şirkəti arasında əməkdaşlıq imkanları müzakirə edilib