“Azərsilah” Müdafiə Sənayesi Holdinqi” QSC və Peşə Təhsili üzrə Dövlət Agentliyi arasında Anlaşma Memorandumu imzalanıb
Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tabeliyində “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” QSC və Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi arasında əmək bazarının tələblərinə uyğun ixtisaslı kadr hazırlığının dəstəklənməsi məqsədilə Anlaşma Memorandumu imzalanıb.
Memorandum çərçivəsində torna və frezer dəzgahların operatoru, çilingər, mexanik, elektrik ixtisasları da daxil olmaqla 20-dək ixtisas üzrə qarşılıqlı kadr hazırlığı, onların bilik və bacarıqlarının artırılması, eləcə də müasir tədris plan və proqramlarının birgə hazırlanması məqsədilə əməkdaşlıq nəzərdə tutulur. Bundan əlavə, “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” QSC-nin peşəkar mütəxəssislərinin peşə təhsili müəssisələrində tədris prosesinə cəlb olunması planlaşdırılır.
Görüş zamanı tərəflər arasında əməkdaşlığın genişləndirilməsi və gələcək addımların müəyyənləşdirilməsi müzakirə olunub.
“Azərsilah” Müdafiə Sənayesi Holdinqi” QSC-nin baş direktoru Emil İbrahimov təhsilalanların holdinqin bazasında istehsalat təlimi və təcrübəsinin keçmələrinə şərait yaradılması, seçilmiş tələbələrə təqaüdün verilməsi və iş imkanlarının təklif edilməsi, həmçinin, digər istiqamətlər üzrə dəstək göstərəcəklərini bildirib.
Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov peşə təhsili sahəsində işəgötürənlərlə əməkdaşlığın əhəmiyyətini vurğulayaraq, bu istiqamətdə həyata keçirilən tədbirlərin peşə təhsilinin inkişafına töhfə verdiyini qeyd edib.
Yeni tədris ilindən etibarən qarşılıqlı razılaşdırılmış fəaliyyət planına əsasən daha intensiv fəaliyyətlərin həyata keçirilməsi nəzərdə tutulur.
Paylaşmaq üçün linki kopyala:
Yazını paylaşBaxış sayı:
Oxşar yazılar
07.11.2025, 17:31
MAKA-da Zəfər Günü qeyd olunub
07.11.2025, 17:00
Azərbaycan və Slovakiya arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq əlaqələri müzakirə edilib
27.09.2025, 12:07
Müdafiə Sənayesi Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
26.09.2025, 12:02
MSN-in rəhbərliyi AzTU-nun tələbələri ilə görüşüb
24.09.2025, 11:57
Hidayət Əzimovun rəhbərlik etdiyi nümayəndə heyəti “Partner 2025” sərgisində iştirak edir
23.09.2025, 11:45
“Azərbaycan silahının gücü” mövzusunda tədbir keçirilib
19.09.2025, 14:58
"Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş konfrans keçirilib
19.09.2025, 11:41
“Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş konfrans keçirilib
12.09.2025, 12:00
“KIA Corporation” şirkəti ilə tərəfdaşlığa dair müzakirələr aparılıb
11.09.2025, 10:15
Müdafiə Sənayesi Nazirliyi ilə Çinin “ALIT” şirkəti arasında əməkdaşlıq imkanları müzakirə edilib