Azərbaycan-Türkiyə XI Yüksək Səviyyəli Hərbi Dialoq İclası işini davam etdirir
Dekabrın 18-də Ankarada başlayan Azərbaycan-Türkiyə XI Yüksək Səviyyəli Hərbi Dialoq İclası işini davam etdirir. Müdafiə Sənayesi Nazirliyinin hərbi-texniki əməkdaşlıq şöbəsinin müdiri Rəmzi Şükürovun da qatıldığı iclasda Azərbaycan ilə Türkiyə arasında təhlükəsizlik, hərbi, hərbi-texniki, hərbi sənaye, hərbi təhsil və digər sahələrdə əməkdaşlığın hazırkı vəziyyəti, inkişaf perspektivləri, eləcə də 2019-cu ildə qarşıda duran vəzifələrin yerinə yetirilməsi üçün əsas fəaliyyət istiqamətləri müzakirə edilir.
Hərbi dialoq çərçivəsində 2019-cu il üzrə fəaliyyət planının razılaşdırılması da nəzərdə tutulur.
XI Yüksək Səviyyəli Hərbi Dialoq İclası dekabrın 20-dək davam edəcək.
Yaxın zamanlarda Ankarada Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi ilə Türkiyə Cumhuriyyətinin aidiyyəti qurumları arasında müdafiə sənayesi üzrə əməkdaşlığa dair zirvə görüşünün keçirilməsi planlaşdırılır. Zirvə görüşü sentyabrda Bakıda keçirilən “ADEX-2018” üçüncü Beynəlxalq müdafiə sərgisi çərçivəsində əldə olunmuş razılığa əsasən reallaşacaq.
Paylaşmaq üçün linki kopyala:
Yazını paylaşBaxış sayı:
Oxşar yazılar
07.11.2025, 17:31
MAKA-da Zəfər Günü qeyd olunub
07.11.2025, 17:00
Azərbaycan və Slovakiya arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq əlaqələri müzakirə edilib
27.09.2025, 12:07
Müdafiə Sənayesi Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
26.09.2025, 12:02
MSN-in rəhbərliyi AzTU-nun tələbələri ilə görüşüb
24.09.2025, 11:57
Hidayət Əzimovun rəhbərlik etdiyi nümayəndə heyəti “Partner 2025” sərgisində iştirak edir
23.09.2025, 11:45
“Azərbaycan silahının gücü” mövzusunda tədbir keçirilib
19.09.2025, 14:58
"Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş konfrans keçirilib
19.09.2025, 11:41
“Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş konfrans keçirilib
12.09.2025, 12:00
“KIA Corporation” şirkəti ilə tərəfdaşlığa dair müzakirələr aparılıb
11.09.2025, 10:15
Müdafiə Sənayesi Nazirliyi ilə Çinin “ALIT” şirkəti arasında əməkdaşlıq imkanları müzakirə edilib