Azərbaycan Texniki Universitetində “Müdafiə sənayesi üzrə ixtisaslı kadr hazırlığı: radioelektron, aerokosmik sistemlər və robotlar” mövzusunda II respublika elmi-texniki konfransı keçirilir
İyunun 22-də Müdafiə Sənayesi Nazirliyi, Elm və Təhsil Nazirliyi, AzTU və MSN-in Milli Aerokosmik Agentliyinin birgə təşkilatçılığı ilə Azərbaycan Texniki Universitetində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan “Müdafiə sənayesi üzrə ixtisaslı kadr hazırlığı: radioelektron, aerokosmik sistemlər və robotlar” mövzusunda II respublika elmi-texniki konfransı işinə başlayıb.
Konfrans iştirakçıları əvvəlcə Texniki Universitetin foyesində Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad edib, abidəsi önünə gül dəstələri düzüblər.
Dövlət Himninin səsləndirilməsi ilə başlayan konfransda Azərbaycan Texniki Universitetinin rektoru, professor Vilayət Vəliyev, müdafiə sənayesi nazirinin müavini Mehman Baxışov, MSN-in Milli Aerokosmik Agentliyinin direktoru Natiq Cavadov, Müdafiə Nazirliyinin Milli Müdafiə Universitetinin rektoru Heydər Piriyev, “Aselsan Bakı” şirkətinin baş direktoru Özgür Kürüm və digərləri çıxış ediblər.
Çıxışlar zamanı süni intellektin, nanotexnologiyaların tətbiqinin hərbi sahədə yaratdığı üstünlüklərdən, kibertəhlükəsizlik sistemi, ağıllı texnologiyaların inkişafı məsələlərindən söhbət açılaraq bu sahədə ixtisaslı kadrların hazırlanmasının vacibliyindən bəhs edilib.
Qeyd edilib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə müdafiə sənayesinin sürətli inkişafına və bu sahədə xüsusi texniki biliklərə malik olan ixtisaslı kadrların yetişdirilməsinə xüsusi diqqət göstərilir. Yerli mütəxəssislərin hazırlanmasını hədəfləyən Müdafiə Sənayesi Nazirliyi Azərbaycan Texniki Universiteti ilə birgə bu yönümdə kadr hazırlığının təşkili üçün xüsusi texnika və texnologiya fakültəsinın açılmasını həyata keçirib.
Müdafiə Sənayesi Nazirliyi tərəfindən gənclərə intellektual səviyyələrini artırmaları, innovativ mühəndislik üzrə aparıcı qüvvə kimi formalaşmaları, nəzəri biliklərin praktiki təcrübə ilə vəhdəti əsasında xüsusi bacarıqlarını daha da yüksəltmələri məqsədilə hərtərəfli şəraitin yaradıldığı diqqətə çatdırılıb.
Bölmə iclasları ilə davam edən konfras işini iyunun 23-də yekunlaşdıracaq.
Paylaşmaq üçün linki kopyala:
Yazını paylaşBaxış sayı:
Oxşar yazılar
07.11.2025, 17:31
MAKA-da Zəfər Günü qeyd olunub
07.11.2025, 17:00
Azərbaycan və Slovakiya arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq əlaqələri müzakirə edilib
27.09.2025, 12:07
Müdafiə Sənayesi Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
26.09.2025, 12:02
MSN-in rəhbərliyi AzTU-nun tələbələri ilə görüşüb
24.09.2025, 11:57
Hidayət Əzimovun rəhbərlik etdiyi nümayəndə heyəti “Partner 2025” sərgisində iştirak edir
23.09.2025, 11:45
“Azərbaycan silahının gücü” mövzusunda tədbir keçirilib
19.09.2025, 14:58
"Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş konfrans keçirilib
19.09.2025, 11:41
“Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş konfrans keçirilib
12.09.2025, 12:00
“KIA Corporation” şirkəti ilə tərəfdaşlığa dair müzakirələr aparılıb
11.09.2025, 10:15
Müdafiə Sənayesi Nazirliyi ilə Çinin “ALIT” şirkəti arasında əməkdaşlıq imkanları müzakirə edilib