Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev «Optika-Mexanika» İstehsalat Birliyinin "Alov" zavodunun açılış mərasimində iştirak etdi
Prezident İlham Əliyev açılışı bildirən lenti kəsdikdən sonra zavodun həyətində ucaldılmış ümummilli lider Heydər Əliyevin büstünü ziyarət etdi.
Dövlət başçısı müəssisənin əvvəlki və təmirdən sonrakı vəziyyətini əks etdirən videosüjetə baxdı. Daha sonra Prezident İlham Əliyev müəssisədə yaradılmış Heydər Əliyev muzeyi ilə də tanış oldu.
Ayrı-ayrı istehsal sahələrinin işi ilə maraqlanan dövlət başçısı rəqəmlə idarə edilən torna və frezer emal sexlərində oldu. Müasir standartlara cavab verən avadanlıqlarla təchiz olunmuş sexdə nişangahların gövdə detallarının tökülməsi üçün nəzərdə tutulan qurğularla tanış olduqdan sonra dövlət başcısı gövdələrin mexaniki emal prosesini izlədi.
Prezident İlham Əliyev eyni zamanda termik emal sahəsi ilə də tanış oldu. Müəssisədə istehsal edilmiş nişangahların, mexaniki və klimatik sınaqların keçirildiyi avadanlıqların iş prosesini izlədikdən sonra ölkə başcısı optik nişangahlarda istifadə edilən linzaların, prizmaların və torların istehsal sahəsi ilə də tanış oldu.
Hər bir istehsal sahəsi ilə yaxından tanış olan Prezident İlham Əliyev yığım sahəsində də oldu. Burada nişangahların tam şəkildə yığılma prosesini, onların xarakteristikasının və parametrlərinin ölçülməsini, eləcə də texniki nəzarət proseslərini izlədi. Daha sonra dövlət başçısı müəssisədə istehsal olunan hazır məhsulların sərgisi ilə də tanış oldu, onların keyfiyyəti ilə maraqlandı.
Sonra Prezident İlham Əliyev motodor və morodor tipli müasir zirehli maşınların təqdimat mərasimində iştirak etdi. Dövlətimizin başçısı sükan arxasına əyləşərək zirehli maşını özü idarə etdi.
Paylaşmaq üçün linki kopyala:
Yazını paylaşBaxış sayı:
Oxşar yazılar
07.11.2025, 17:31
MAKA-da Zəfər Günü qeyd olunub
07.11.2025, 17:00
Azərbaycan və Slovakiya arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq əlaqələri müzakirə edilib
27.09.2025, 12:07
Müdafiə Sənayesi Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
26.09.2025, 12:02
MSN-in rəhbərliyi AzTU-nun tələbələri ilə görüşüb
24.09.2025, 11:57
Hidayət Əzimovun rəhbərlik etdiyi nümayəndə heyəti “Partner 2025” sərgisində iştirak edir
23.09.2025, 11:45
“Azərbaycan silahının gücü” mövzusunda tədbir keçirilib
19.09.2025, 14:58
"Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş konfrans keçirilib
19.09.2025, 11:41
“Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş konfrans keçirilib
12.09.2025, 12:00
“KIA Corporation” şirkəti ilə tərəfdaşlığa dair müzakirələr aparılıb
11.09.2025, 10:15
Müdafiə Sənayesi Nazirliyi ilə Çinin “ALIT” şirkəti arasında əməkdaşlıq imkanları müzakirə edilib