Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi ilə "TUSAŞ" şirkəti arasında Niyyət Protokolu imzalanıb
“İDEF-2023” Beynəlxalq Müdafiə Sənayesi Sərgisinin üçüncü günündə Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Mədət Quliyev Türkiyə Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgünlə görüşüb.
Nazir Mədət Quliyev Haluk Görgünü yeni təyinatı münasibəti ilə təbrik edərək, ona fəaliyyətində uğurlar arzulayıb.
Görüş zamanı iki qardaş ölkə arasında hərbi-texniki sahədə əməkdaşlıq əlaqələrinin bundan sonra da daha sıx davam etdirilməsi və digər maraq doğuran məsələlər barəsində fikir mübadiləsi aparılıb.
“İDEF - 2023” Beynəlxalq Müdafiə Sənayesi Sərgisi çərçivəsində gələcəkdə milli döyüş təyyarələrinin istehsalı sahəsində həyata keçirilməsi planlaşdırılan birgə layihələrdə yer alacaq mühəndis texniki personalın hazırlanması məqsədi ilə Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi ilə Türkiyə Respublikasının "TUSAŞ" şirkəti arasında Niyyət Protokolu imzalanıb.
İmzalanma mərasimində Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Mədət Quliyev, Türkiyə Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgün və digər rəsmi şəxslər iştirak ediblər.
Qeyd edək ki, sərgi çərçivəsində Müdafiə Sənayesi Nazirliyi ilə Türkiyənin Makina və Kimya Endüstrisi şirkəti arasında əməkdaşlıq protokolu da imzalanıb.Müqaviləni Azərbaycan tərəfindən müdafiə sənayesi nazirinin müavini Vüqar Mustafayev, Türkiyə tərəfindən isə milli müdafiə nazirinin müavini Celal Sami Tüfekçi imzalayıblar.
Paylaşmaq üçün linki kopyala:
Yazını paylaşBaxış sayı:
Oxşar yazılar
07.11.2025, 17:31
MAKA-da Zəfər Günü qeyd olunub
07.11.2025, 17:00
Azərbaycan və Slovakiya arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq əlaqələri müzakirə edilib
27.09.2025, 12:07
Müdafiə Sənayesi Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
26.09.2025, 12:02
MSN-in rəhbərliyi AzTU-nun tələbələri ilə görüşüb
24.09.2025, 11:57
Hidayət Əzimovun rəhbərlik etdiyi nümayəndə heyəti “Partner 2025” sərgisində iştirak edir
23.09.2025, 11:45
“Azərbaycan silahının gücü” mövzusunda tədbir keçirilib
19.09.2025, 14:58
"Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş konfrans keçirilib
19.09.2025, 11:41
“Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş konfrans keçirilib
12.09.2025, 12:00
“KIA Corporation” şirkəti ilə tərəfdaşlığa dair müzakirələr aparılıb
11.09.2025, 10:15
Müdafiə Sənayesi Nazirliyi ilə Çinin “ALIT” şirkəti arasında əməkdaşlıq imkanları müzakirə edilib