"Aqreqat" İstehsalat Birliyinin Şirvan "Araz" zavodunun əsaslı yenidənqurmadan sonra açılışı oldu
1 aprel 2010-cu il tarixində “Aqreqat” İstehsalat Birliyinin Şirvan “Araz” zavodunun açılışı oldu.
Açılışda respublika prezidenti cənab İlham Əliyev iştirak etdi.
İlk əvvəl zavodun həyətində ulu öndər Heydər Əliyevin xatirəsinə qoyulmuş abidə ziyarət edildi.
Dövlət başçısı rəmzi açılışı bildirən lenti kəsdikdən sonra zavodla tanışlıq oldu. Zavodun əvvəlki görünüşünü əks etdirən videofilmə və müəssisənin baş planına baxıldı.
Zavodda ulu öndərin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə respublikada ordu quruculuğu sahəsində görülmüş işləri əks etdirən fotoların sərgiləndiyi Heydər Əliyev muzeyinə baxış oldu.
Müəssisədə istehsal olunan mülki və hərbi təyinatlı məhsullardan ibarət sərgiyə də baxıldı.
Zavodla yaxından tanış olan respublika prezidentinə müəssisədə aparılan əsaslı yenidənqurma işləri barədə məlumat verildi. Bildirildi ki, zavodun ümumi ərazisi genişləndirilərək 174 hektara çatdırılmışdır. İnzibati bina, bütün istehsal sexləri və sahələri əsaslı surətdə yenidən qurulmuş, xüsusi təyinatlı məhsul istehsal etmək üçün 2 min kvadratmetr sahəsi olan 2 sex, yeməkxana istifadəyə verilmişdir. Zavodda 2009-cu ildə 2 növ xüsusi təyinatlı yeni məhsul buraxılışına başlanmışdır. Buraxılan məhsullar sınaqdan uğurla çıxmışdır. Müəssisənin ərazisində xüsusi təyinatlı 7-ci sahədə tikinti-quraşdırma işləri başa çatmaq üzrədir. 2010-cu ilin sonunadək istifadəyə verilməsi nəzərdə tutulan 6-cı sahədə də tikinti-quraşdırma işləri başlanılmışdır. Həmin istehsal sahələri istifadəyə verildikdən sonra yüzlərlə şəhər sakini daimi işlə təmin ediləcəkdir. Hal-hazırda zavod üzrə işçilərin sayı 70 nəfərdir.
Zavodun ərazisində 5000-dən artıq həmişəyaşıl ağac əkilib.
Sonda respublika prezidenti cənab İlham Əliyev görülmüş işlərlə bağlı razılığını bildirdi, tapşırıq və tövsiyələrini verdi.
Paylaşmaq üçün linki kopyala:
Yazını paylaşBaxış sayı:
Oxşar yazılar
07.11.2025, 17:31
MAKA-da Zəfər Günü qeyd olunub
07.11.2025, 17:00
Azərbaycan və Slovakiya arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq əlaqələri müzakirə edilib
27.09.2025, 12:07
Müdafiə Sənayesi Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
26.09.2025, 12:02
MSN-in rəhbərliyi AzTU-nun tələbələri ilə görüşüb
24.09.2025, 11:57
Hidayət Əzimovun rəhbərlik etdiyi nümayəndə heyəti “Partner 2025” sərgisində iştirak edir
23.09.2025, 11:45
“Azərbaycan silahının gücü” mövzusunda tədbir keçirilib
19.09.2025, 14:58
"Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş konfrans keçirilib
19.09.2025, 11:41
“Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş konfrans keçirilib
12.09.2025, 12:00
“KIA Corporation” şirkəti ilə tərəfdaşlığa dair müzakirələr aparılıb
11.09.2025, 10:15
Müdafiə Sənayesi Nazirliyi ilə Çinin “ALIT” şirkəti arasında əməkdaşlıq imkanları müzakirə edilib