9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə tədbir təşkil olunub
Müdafiə Sənayesi Nazirliyinin inzibatı binasında 9 Noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə tədbir təşkil olunub.
Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlanan mərasimdə çıxış edən Müdafiə Sənayesi naziri, Azərbaycanın Milli Qəhrəmanı Mədət Quliyev üçrəngli bayrağımızın Azərbaycan xalqının azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyini nümayiş etdirdiyini söyləyib. Müstəqilliyini bərpa etdikdən sonra dövlət bayrağımızın bütün ölkə vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrildiyi qürur hissi ilə xatırlanıb. Azərbaycan Respublikasının müstəqilliyinin rəmzi olan dövlət bayrağımızın hər zaman yüksəklərdə dalğalanması üçün Müdafiə Sənayesi Nazirliyinin əməkdaşlarının daima əllərindən gələni əsirgəməyəcəklərinə, fədakar xidmətləri ilə göstərilən etimadı layiqincə doğruldacaqlarına əminlik ifadə olunub.
Tədbirdə çıxış edən görkəmli tarixçi, Milli Məclisin deputatı, AMEA-nın Qafqazşünasılıq İnstitutunun direktoru, professor Musa Qasımlı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasında qəbul edilən və 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olan üçrəngli bayrağımızın 72 ildən sonra Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə yenidən dövlət bayrağı kimi təsdiqləndiyini iştirakçıların diqqətinə çatdırıb. Prezident İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncamla 9 noyabr tarixinin Dövlət Bayrağı Günü kimi təsis olunduğunu qeyd edən millət vəkili bayrağımızı uca tutmağın, vüqarla dalğalandırmağın hər bir vətəndaşımızın müqəddəs borcu olduğunu söyləyib.
Paylaşmaq üçün linki kopyala:
Yazını paylaşBaxış sayı:
Oxşar yazılar
07.11.2025, 17:31
MAKA-da Zəfər Günü qeyd olunub
07.11.2025, 17:00
Azərbaycan və Slovakiya arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq əlaqələri müzakirə edilib
27.09.2025, 12:07
Müdafiə Sənayesi Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
26.09.2025, 12:02
MSN-in rəhbərliyi AzTU-nun tələbələri ilə görüşüb
24.09.2025, 11:57
Hidayət Əzimovun rəhbərlik etdiyi nümayəndə heyəti “Partner 2025” sərgisində iştirak edir
23.09.2025, 11:45
“Azərbaycan silahının gücü” mövzusunda tədbir keçirilib
19.09.2025, 14:58
"Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş konfrans keçirilib
19.09.2025, 11:41
“Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş konfrans keçirilib
12.09.2025, 12:00
“KIA Corporation” şirkəti ilə tərəfdaşlığa dair müzakirələr aparılıb
11.09.2025, 10:15
Müdafiə Sənayesi Nazirliyi ilə Çinin “ALIT” şirkəti arasında əməkdaşlıq imkanları müzakirə edilib