6 iyun şəhid Ağaəmi Heybətovun doğum günüdür
Vətən müharibəsi şəhidi, Müdafiə Sənayesi Nazirliyinin əməkdaşı Heybətov Ağaəmi Elçin oğlu 1993-cü il iyunun 6-da Buzovna qəsəbəsində anadan olub. 2011-ci ildə 125 nömrəli orta məktəbi bitirib. Ali təhsilini 2011-2015-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin “Turizm və otelçilik” fakültəsində alıb. Ağaəmi Heybətov 2016-ci ildə hərbi xidmətdə olduğu müddətdə Aprel döyüşlərində iştirak edib.
Ağaəmi Heybətov 2020-ci ilin 27 sentyabrında Vətən müharibəsinin başlanması xəbərini eşidən kimi orduya yazılaraq könüllü şəkildə cəbhəyə gedib. 16 oktyabr 2020-ci il tarixində torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə Goranboy rayon istiqamətində şəhidlik zirvəsinə ucalıb. Qəhrəman şəhidimiz yaşadığı Buzovna kəndində yerləşən Şəhidlər xiyabanında dəfn olunub.
Heybətov Ağaəmi Elçin oğlu ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamlarına əsasən "Vətən uğrunda", “Suqovuşanın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.
Allah şəhidimizə rəhmət eləsin!
Paylaşmaq üçün linki kopyala:
Yazını paylaşBaxış sayı:
Oxşar yazılar
07.11.2025, 17:31
MAKA-da Zəfər Günü qeyd olunub
07.11.2025, 17:00
Azərbaycan və Slovakiya arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq əlaqələri müzakirə edilib
27.09.2025, 12:07
Müdafiə Sənayesi Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
26.09.2025, 12:02
MSN-in rəhbərliyi AzTU-nun tələbələri ilə görüşüb
24.09.2025, 11:57
Hidayət Əzimovun rəhbərlik etdiyi nümayəndə heyəti “Partner 2025” sərgisində iştirak edir
23.09.2025, 11:45
“Azərbaycan silahının gücü” mövzusunda tədbir keçirilib
19.09.2025, 14:58
"Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş konfrans keçirilib
19.09.2025, 11:41
“Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş konfrans keçirilib
12.09.2025, 12:00
“KIA Corporation” şirkəti ilə tərəfdaşlığa dair müzakirələr aparılıb
11.09.2025, 10:15
Müdafiə Sənayesi Nazirliyi ilə Çinin “ALIT” şirkəti arasında əməkdaşlıq imkanları müzakirə edilib