6 iyun şəhid Ağaəmi Heybətovun doğum günüdür
Bu gün İkinci Qarabağ müharibəsi şəhidi, Müdafiə Sənayesi Nazirliyinin əməkdaşı Ağaəmi Heybətovun doğum günüdür. Şəhidin anadan olmasının 29-cu ildönümündə Nazirliyin müəssisəsində çalışan əməkdaşlar və Ağaəmi Heybətovun ailə üzvləri Buzovna qəsəbəsində yerləşən Şəhidlər Xiyabanında şəhidin məzarını ziyarət edərək, önünə gül dəstələri düzüblər. Müəssisədə davam edən anım mərasimində şəhidin adına ehsan süfrəsi açılıb, keçdiyi döyüş yolundan danışılıb, onun göstərdiyi xidmətlərdən və şücaətlərdən bəhs edilib. Sonda müəssisə kollektivi Qarabağ şəhidlərinin abidəsi önünə gül dəstələri düzüblər.
Ağaəmi Heybətov 1993-cü il iyunun 6-da Buzovna qəsəbəsində anadan olub. 2020-ci ilin 29 sentyabrında İkinci Qarabağ Müharibəsi başladıqdan sonra hərbi xidmətə yola salınıb. 2020-ci il oktyabrın 16-da Vətənimizin ərazi bütövlüyü uğrunda Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Heybətov Ağaəmi oktyabrın 25-də Buzovna qəsəbəsində yerləşən Şəhidlər xiyabanında dəfn edilib.
Heybətov Ağaəmi Elçin oğlu ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamlarına əsasən göstərdiyi şücaətə görə "Vətən uğrunda", “Suqovuşanın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.
Allah şəhidimizə rəhmət eləsin!
Paylaşmaq üçün linki kopyala:
Yazını paylaşBaxış sayı:
Oxşar yazılar
07.11.2025, 17:31
MAKA-da Zəfər Günü qeyd olunub
07.11.2025, 17:00
Azərbaycan və Slovakiya arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq əlaqələri müzakirə edilib
27.09.2025, 12:07
Müdafiə Sənayesi Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
26.09.2025, 12:02
MSN-in rəhbərliyi AzTU-nun tələbələri ilə görüşüb
24.09.2025, 11:57
Hidayət Əzimovun rəhbərlik etdiyi nümayəndə heyəti “Partner 2025” sərgisində iştirak edir
23.09.2025, 11:45
“Azərbaycan silahının gücü” mövzusunda tədbir keçirilib
19.09.2025, 14:58
"Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş konfrans keçirilib
19.09.2025, 11:41
“Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş konfrans keçirilib
12.09.2025, 12:00
“KIA Corporation” şirkəti ilə tərəfdaşlığa dair müzakirələr aparılıb
11.09.2025, 10:15
Müdafiə Sənayesi Nazirliyi ilə Çinin “ALIT” şirkəti arasında əməkdaşlıq imkanları müzakirə edilib