4 iyun şəhid Nicat Hüseynovun doğum günüdür
İkinci Qarabağ Müharibəsi şəhidi, Müdafiə Sənayesi Nazirliyinin əməkdaşı Nicat Ziyafət oğlu Hüseynov 04 iyun 1997-ci ildə Şirvan şəhərində anadan olub. 2015-ci ildə Şirvan şəhəri Bəhruz Aslanov adına 16 saylı orta məktəbi bitirib.
Nicat Hüseynov Füzuli rayonunun Qaraxanbəyli kəndi uğrunda gedən döyüşlərdə xüsusi qəhrəmanlıq göstərərək ağır döyüş şəraitində 15 yaralı əsgəri neytral zonadan təkbaşına çıxarıb. 23 yaşlı Nicat Hüseynov 16-cı yaralı döyüş yoldaşını xilas edərkən oktyabrın 6-dan 7-nə keçən gecə qəhrəmancasına şəhid olub. Nicat Hüseynovun nəşi şəhid olduğu ərazidən 3 günə təxliyə edilib və doğulduğu Şirvan şəhərinə yola salınıb. O, oktyabrın 11-də Şirvanda, Şəhidlər Xiyabanında dəfn edilib.
Hüseynov Nicat Ziyafət oğlu ölümündən sonra Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Sərəncamlarına əsasən "Vətən uğrunda", “Füzulinin azad olunmasına görə”, “Cəsur döyüşçü”, “Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif edilib.
Allah qəhrəman şəhidimizə rəhmət eləsin!
Paylaşmaq üçün linki kopyala:
Yazını paylaşBaxış sayı:
Oxşar yazılar
07.11.2025, 17:31
MAKA-da Zəfər Günü qeyd olunub
07.11.2025, 17:00
Azərbaycan və Slovakiya arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq əlaqələri müzakirə edilib
27.09.2025, 12:07
Müdafiə Sənayesi Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
26.09.2025, 12:02
MSN-in rəhbərliyi AzTU-nun tələbələri ilə görüşüb
24.09.2025, 11:57
Hidayət Əzimovun rəhbərlik etdiyi nümayəndə heyəti “Partner 2025” sərgisində iştirak edir
23.09.2025, 11:45
“Azərbaycan silahının gücü” mövzusunda tədbir keçirilib
19.09.2025, 14:58
"Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş konfrans keçirilib
19.09.2025, 11:41
“Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş konfrans keçirilib
12.09.2025, 12:00
“KIA Corporation” şirkəti ilə tərəfdaşlığa dair müzakirələr aparılıb
11.09.2025, 10:15
Müdafiə Sənayesi Nazirliyi ilə Çinin “ALIT” şirkəti arasında əməkdaşlıq imkanları müzakirə edilib