2 fevral - Azərbaycan Gəncləri Günü münasibətilə Müdafiə Sənayesi Nazirliyində tədbir keçirilib
Müdafiə Sənayesi Nazirliyində 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə “Ulu Öndər Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda tədbir keçirilib.
Tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin büstü önünə tər güllər qoyub, dahi şəxsiyyətin xatirəsini ehtiramla yad ediblər. Daha sonra Nazirliyin inzibati ərazisində yerləşən Şəhidlər Memorial Abidə Kompleksinin önünə gül dəstələri düzüblər.
Akt zalında davam edən tədbirdə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Dövlət Himni səsləndirilib.
Tədbiri giriş sözü ilə açan Nazirliyin Aparat rəhbəri Zaur Əliyev gənc əməkdaşları müdafiə sənayesi naziri Mədət Quliyevin adından təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Çıxış zamanı Gənclər Gününün Ümummilli Lider Heydər Əliyevin 2 fevral 1997-ci ildə imzaladığı Fərmanla təsis edildiyi və bunun Azərbaycan gənclərinin cəmiyyətdəki roluna verilən yüksək qiymət olduğu diqqətə çatdırılıb. MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk olaraq Azərbaycanda Gənclər Gününün təsis edilməsi bu sahəyə göstərilən qayğının bariz təzahürüdür. Dahi şəxsiyyət tərəfindən təməli qoyulmuş və bu gün də uğurla davam etdirilən dövlət gənclər siyasətinin Azərbaycanda gənc nəslin mənəviyyatca zəngin, vətənpərvər ruhda tərbiyyəsi və ölkə həyatında fəal iştirakı üçün mühüm zəmin yaratdığı vurğulanıb. Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyeva Azərbaycan gəncliyinin sağlamlığı, təhsili, bilik və peşəkarlıqlarının artırılması, onların sosial problemlərinin həlli istiqamətində böyük işlər görürlər. Nəticədə bu gün Azərbaycan gəncliyi Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək cəmiyyətdə sabitliyin və inkişafın təmin olunmasında yaxından iştirak edir və dövlətimizin tərəqqisi naminə öz bacarıqlarını əsirgəmirlər.
Tədbir zamanı Nazirliyin birlik və müəssisələrində çalışan qabaqcıl gənc əməkdaşlar “Müdafiə Sənayesi Nazirliyinin 15 illiyi (2005–2020)” Azərbaycan Respublikasının yubiley medalı, fəxri fərman, “Qabaqcıl işçi” döş nişanı və pul mükafatı ilə təltif olunublar.
Sonda Ulu Öndər Heydər Əliyevin zəngin həyat və fəaliyyətinə həsr olunmuş “Xalqın adamı” sənədli filmi nümayiş olunub.
Paylaşmaq üçün linki kopyala:
Yazını paylaşBaxış sayı:
Oxşar yazılar
07.11.2025, 17:31
MAKA-da Zəfər Günü qeyd olunub
07.11.2025, 17:00
Azərbaycan və Slovakiya arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq əlaqələri müzakirə edilib
27.09.2025, 12:07
Müdafiə Sənayesi Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
26.09.2025, 12:02
MSN-in rəhbərliyi AzTU-nun tələbələri ilə görüşüb
24.09.2025, 11:57
Hidayət Əzimovun rəhbərlik etdiyi nümayəndə heyəti “Partner 2025” sərgisində iştirak edir
23.09.2025, 11:45
“Azərbaycan silahının gücü” mövzusunda tədbir keçirilib
19.09.2025, 14:58
"Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş konfrans keçirilib
19.09.2025, 11:41
“Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş konfrans keçirilib
12.09.2025, 12:00
“KIA Corporation” şirkəti ilə tərəfdaşlığa dair müzakirələr aparılıb
11.09.2025, 10:15
Müdafiə Sənayesi Nazirliyi ilə Çinin “ALIT” şirkəti arasında əməkdaşlıq imkanları müzakirə edilib